Müdafiə Nazirliyi: Seyran Ohanyanın qeyri-etik ifadələr işlətməsi çarəsizlikdən başını itirmiş acizin hərəkətinə bənzəyir

15:23 8 Dekabr 2015
10 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Ermənistanın müdafiə naziri Seyran Ohanyanın cəbhədəki vəziyyətə dair açıqlamasına Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti cavab verib.
AZƏRTAC-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ermənilərin cəbhəboyu zonada gərginlik yaratmalarının səbəbini S.Ohanyan özü boynuna alır və bunun ölkəsindəki daxili siyasi, eləcə də regional gərginliklə bağlı olduğunu açıqlayır.
“Uşaqların, qadınların, ahılların qətlinə əmr verən, özünün də zövqlə bu qanlı əməllərdə iştirak etməsini bəyan edən caninin heç bir mənəvi haqqı olmadığı halda ədəb-ərkandan, ləyaqətdən danışması da S.Ohanyanın döyüş meydanında ləyaqətini itirmiş tərbiyəsizin birisi olmasının göstəricisidir.
Onun açıqlaması əlacsızlıqdan, çarəsizlikdən başını itirmiş birisinin hərəkətinə bənzəyir. Əlində arqumenti olmayan şəxsin açıqlamalar edərkən təhqirə yol verməsi sadəcə acizliyin göstəricisidir. Çünkü ortaya qoyulası ağlabatan bir fakt olmadıqda cılızlar həmişə xainliyə, çığır-bağıra, təhqirə əl atmaq məcburiyyətində qalır.
S.Ohanyanın bu fikirlərini psixioloji sarsıntılara məruz qalan xəstə təxəyyülün növbəti məhsulu kimi dəyərləndirilir. Onun Azərbaycana qarşı hədə-qorxu, təhdid dolu növbəti populist çıxışı erməni xalqının fikrini daxildəki, ordudakı ağır vəziyyətdən yayındırmaq məqsədilə atılan addım kimi qiymətləndirmək olar. Cəbhədəki vəziyyətlə bağlı ritorikası da boş danışıq və qeyri-ciddidir”, - deyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mudafie_Nazirliyi_Seyran_Ohanyanin_qeyri_etik_ifadeler_isletmesi_charesizlikden_basini_itirmis_acizin_hereketine_benzeyir-909315

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR