Milli Məclisin komitə sədrlərinə və deputatlarına yeni səlahiyyətlər verilir

Milli Məclisin komitə sədrlərinə və deputatlarına yeni səlahiyyətlər verilir
15:27 8 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclisin komitə sədrlərinə Milli Məclisin iclaslarında növbədənkənar çıxış etmək hüququnun verilməsi təklif edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Milli Məclisin daxili nizamnamnaməsinə dəyişikliklərdə öz əksini tapıb.

Qeyd edək ki, hazırki nizamnaməyə əsasən Milli Məclisin iclasında növbədənkənar çıxış etmək hüququna Azərbaycan Prezidenti, Milli Məclisin sədri və sədr müavinləri malikdir.

Bundan əlavə, nizamnaməyə dəyişikliklərdə Milli Məclisin deputatlarına eyni zamanda iki komitənin üzvü olmaq hüququnun verilməsi təklif edilir.

Nizamnaməyə dəyişikliklər Milli Məclisin növbəti plenar iclasının müzakirəsinə tövsiyyə olunub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR