Norveçin cənub regionlarında son 200 ildə ən güclü fırtına qeydə alınıb

Norveçin cənub regionlarında son 200 ildə ən güclü fırtına qeydə alınıb
18:58 8 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Stokholm, 8 dekabr, AZƏRTAC
Norveçin şimal regionlarında son 200 ildə ən güclü fırtına qeydə alınıb.
Dekabrın 6-da axşam saatlarında Norveçin şimal hissəsində başlayan Sinne fırtınası dağıntılara səbəb olub. Əlverişsiz hava şəraiti nəticəsində krallıq daşqınlar və nəqliyyat problemləri ilə üzləşib.
Norveç KİV-ləri xəbər verir ki, leysan, qar, güclü külək nəticəsində Norveç hökuməti qırmızı səviyyəli təhlükə (ən yüksək) elan edib. Sinne fırtınasının fəsadlarına qarşı mübarizə aparmaq üçün xüsusi operativ qrup yaradılıb.
Norveç hökuməti qurbanlar olmasın deyə bir sıra şəhər sakinlərini təxliyə edib, bir çox yerlərdə magistral və ikinci dərəcəli avtomobil yolları bağlanıb, dəmiryol nəqliyyatı işini dayandırıb. Əlverişsiz hava və görülmüş tədbirlər nəticəsində Norveçin cənubundan qərbinə gedən avtomobil yolu bağlanıb.
Daha ciddi vəziyyətin yarandığı Ruqalan əyaləti hökumətinin məlumatına görə, burada yağıntının çox olması bəzi çayların öz məcrasından çıxmasına səbəb olub. Nəticədə körpüləri, şəhər və kəndləri su basıb. Əyalətin bəzi yerlərində, xüsusən, Dalane rayonunda vəziyyət son dərəcədə ciddidir. Dalane rayonunda suyun səviyyəsi yerli əhalini işıqsız, mobil rabitəsiz və yollarsız qoyub.
Byerkreym əyalətinin paytaxtı Vikesa şəhərinin mərkəzi və hətta ratuşa binası suyun altında qalıb. Yüzlərlə şəxsi evə ziyan dəyib.
Qeyd edək ki, hələlik qurbanlar və zərərçəkənlər haqqında məlumat yoxdur. Norvec meteoroloqları elan ediblər ki, bəzi rayonlara yenidən şiddətli yağışlar yağa bilər.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR