Taekvondo üzrə gənclər və böyüklər arasında respublika birinciliyi və çempionatı keçiriləcək

Taekvondo üzrə gənclər və böyüklər arasında respublika birinciliyi və çempionatı keçiriləcək
20:28 8 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 22-24-də “Sərhədçi” Olimpiya-İdman Mərkəzində 1999-2001-ci il təvəllüdü gənclər arasında respublika birinciliyi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, dekabrın 25-də isə böyüklər arasında ölkə çempionatı başlayacaq və üç gün davam edəcək.
Azərbaycan Taekvondo Federasiyasının (ATF) Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi yarışda paytaxt və bölgələrdə fəaliyyət göstərən komandaların idmançıları mübarizə aparacaqlar.
Birincilik və çempionat ölkəmizdə taekvondonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi, yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, federasiya mütəxəssislərinin və hakimlərinin peşəkarlığının, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədi daşıyır.
Çempionatda səkkiz çəki dərəcəsində kişi və qadın taekvondoçular, birincilikdə isə on çəki dərəcəsində oğlanlar və qızlar yarışacaqlar.
Turnirlərdə yüksək yerlər tutan idmançılar və komandalar ATF tərəfindən diplom və medallarla təltif olunacaq.
Yarışların keçirilməsinə federasiyanın hakimlər və təşkilat komitələri rəhbərlik edəcək.
“Daeodo” beynəlxalq taekvondo, həmçinin “video-təkrar” sistemləri üzrə keçiriləcək respublika birinciliyində və çempionatında əlavə qaydalar da tətbiq olunacaq. Yeni qaydalara əsasən, hər komandanın bir çəki dərəcəsində yalnız iki idmançı ilə təmsil olunmasına icazə veriləcək.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Taekvondo_uzre_gencler_ve_boyukler_arasinda_respublika_birinciliyi_ve_chempionati_kechirilecek-909480

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR