Rusiya İŞİD-ı ilk dəfə belə vurdu (VİDEO)

Rusiya İŞİD-ı ilk dəfə belə vurdu (VİDEO)
11:06 9 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+

Suriyada hərbi əməliyyatalar davam edir. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Rusiya Suriyadakı hədəfləri vurmaq üçün bir yenilik edib.

Belə ki, ilk dəfə olaraq sualtından atılan raketdən istifadə edilib.

Bu barədə açıqlamanı Rusiya müdafiə naziri Sergey Şoyqu verib. Onun sözlərinə görə, İŞİD hədəfləri ilk dəfə olaraq Aralıq dənizindəki bir sualtı gəmidən atılan "Cruise" raketi ilə vurulub.

"Russia Today"in məlumatına görə, raket Suriya sahillərinə aparılan "Rostov-on Don" adlı dizel-elektrikli sualtı gəmisindən atılıb. 3M-54 kalibrli raketlər İŞİD-a aid Rakkadakı silah-sursat deposunu və mina fabrikini, eləcə də neft istehsal edən müəssisəni dağıdıb.

Rusiya Suriyadakı ədəfləri vurmaq üçün ilk dəfə bu yola əl atıb.





Bundan öncə bir neçə dəfə Rusiya Müdafiə Nazirliyi Xəzər dənizindəki donanmasından terrorçuların mövqelərini bombalamışdı. Hətta dənizdən atılmış raketlərin videosu da yayılıb.

ANS PRESS-in məluamtına görə, Xəzər dənizindəki rus donanmasından terrorçuların Raqqa, İdlib və Hələb şəhərlərindəki hədəflərinə 18 qanadlı raket zərbəsi endirilib.


Rusiya donanması

"İŞİD-in mövqelərinə Rusiya Federasiyası hərbi gəmilərinin Xəzər dənizi akvatoriyasından endirdiyi zərbələr yüksək səviyyədə dəqiq silahlardan istifadə olunmaqla həyata keçirilib və bütün hədəflər məhv edilib", - deyə Şoyqu bildirmişdi.


Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüş

Rusiyanın rəsmi açıqlamasından əvvəl də Qərb və Rusiya mətbuatlarında Suriya ərazisinin Xəzər dənizindən bombaladığı barədə məlumatlar yayılmışdı. Rusiya qırıcılarının uçuş marşrutunun Azərbaycan, Xəzər dənizi, İran və İraq üzərindən keçdiyi göstərilir.




Rusiya donanmasının endirdiyi raket zərbələri

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR