Onun sözlərinə görə, müzakirə olunacaq məsələlərin bir neçəsi hökumətlərarası sazişlərin və müəyyən sənədlərin təsdiqi ilə bağlıdır: "Eyni zamanda, iclasda "Notariat haqqında", "Sərhəd Qoşunları haqqında", "Dövlət rüsumu haqqında", qanunlara, eləcə də Mülki Məcəlləyə əlavə və dəyişikliklər edilməsi müzakirə olunacaq".
A.Təvəkküloğlu qeyd edib ki, bundan başqa yeni hazırlanan İnzibati Xətalar Məcəlləsinin layihəsi və "Kənd təsərrüfatı koorperasiyası haqqında" qanun layihəsi deputatların müzakirəsinə təqdim olunacaq. Həmçinin, "Publik hüquqi şəxslər haqqında" qanun layihə ikinci oxunuşda müzakirəyə çıxarılacaq.