Ukraynalı hakim Luqanskda oyun idarə etdiyi üçün cəzalandırılıb

Ukraynalı hakim Luqanskda oyun idarə etdiyi üçün cəzalandırılıb
13:22 9 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 9 dekabr. REPORT.AZ/ Ukraynalı futbol hakimi Aleksandr Şost ölkə çempionatından kənarlaşdırılıb. "Report"un məlumatına görə, buna Şostun ölkənin şərqindəki Luqanskda oyunları idarə etməsi səbəb olub. 
Ukrayna Futbol Federasiyasının vitse-prezidenti İqor Koçetov bildirib ki, referi əvvəlcə bu faktı inkar etməyə çalışıb. Hətta o, and-aman da edib. Lakin bir müddət sonra belə bir halın mövcudluğu sənədlərlə təsdiqlənib. "Artıq Şostun cəzalandırılması qaçılmazdır" - deyə federasiya rəsmisi vurğulayıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR