Yeniyetmə və gənc idmançılar tibbi müayinədən keçiriliblər

Yeniyetmə və gənc idmançılar tibbi müayinədən keçiriliblər
14:33 9 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 9 dekabr, AZƏRTAC
Sədərək və Babək Rayon Mərkəzi xəstəxanalarında uşaq, yeniyetmə və gənc idmançılar tibbi müayinədən keçiriliblər.
AZƏRTAC xəbər verir ki, Sədərək rayonunda keçirilən müayinələr rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və rayon mərkəzi xəstəxanasının birgə təşkilatçılığı ilə reallaşıb.
Rayonda fəaliyyət göstərən idman federasiyalarının bölmələrinin 250-dən çox idmançısı və Uşaq-Gənclər İdman Məktəbinin ayrı-ayrı bölmələrinin idmançıları müayinədən keçiriliblər. Müayinələr zamanı səhhətində problem olan idmançılara müəyyən vaxt ərzində məşqlərdən uzaqlaşmaları və müalicə almaları məsləhət görülüb.
Babək Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayon mərkəzi xəstəxanasında keçirilən müayinədə səhhətində müəyyən problemləri olan idmançılara müalicə yazılaraq məşqlərə bir müddət ara vermələri tövsiyə olunub.
Keçirilən tibbi müayinələrdə, ümumilikdə, futbol, sərbəst güləş, basketbol, yüngül atletika bölmələrindən 230-dan çox idmançı iştirak edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yeniyetme_ve_genc_idmanchilar_tibbi_muayineden_kechirilibler-909610

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR