​Dmitri Medvedev: "Rusiyanın Suriyadakı hərbi əməliyyatlara xərclədiyi maliyyə sirrdir"

​Dmitri Medvedev: "Rusiyanın Suriyadakı hərbi əməliyyatlara xərclədiyi maliyyə sirrdir"
14:42 9 Dekabr 2015
31 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 dekabr. REPORT.AZ/ "Rusiya Müdafiə Nazrilyinin Suriyadakı fəaliyyətinin xərcləri sirrdir".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın baş naziri Dmtiri Medvedev yerli televiziyalara müsahibəsində bildirib.
Baş nazir Rusiyanın Suriyadakı əməliyyatlara xərclədiyi vəsaitin miqdarını açıqlamayıb: "Bu sirdir. Ancaq bunu deyə bilərəm ki, Rusiya Silahlı Qüvvələri Müdafiə Nazirliyinin büdcəsi çərçivəsində fəaliyyət göstərir. Onlar Suriyadakı əməliyyatlar üçün əlavə maliyyə xərci ilə bağlı müracitə etməyiblər".
Qeyd edək ki, "İHS" araşdırma mərkəzinin məlumatına görə, Kreml bir gündə Suriyadakı hərbi əməliyyatlara gündə azı 2,4 milyon dollar sərf edir. Bununla belə qeyri-rəsmi mənbələr Rusiyanın bu ölkədəki əməliyyatlara gündəlik real xərcinin 4 milyon dollara çatdığını bildiriblər. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/dmitri-medvedev-rusiyanin-suriyadaki-herbi-emeliyyatlara-xerci-si

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR