Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Göyçay rayonu, Qaraməryəm kəndində vətəndaşa məxsus "Chevrolet" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 19:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Milli.Az