Çində misilsiz körpü tikilir - FOTO

Çində misilsiz körpü tikilir - FOTO
11:12 10 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Çində dünyanın ən yüksək asma körpülərindən birinin inşasının başa çatmasına az qalıb.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, Quyyan vilayətindəki Venqan bölgəsində, Qao Hen çayının üzərindəki Qinqşu körpüsünün  tikintisi iki həftə sonra bitəcək.
220 milyon dollara başa gələcək körpü 406 metr yüksəlikdədir. Onun uzunluğu 1130 metrdir. Çay sahillərindəki karst qayalıqları üzərində salınmış körpü Quyan vilayətini qonşu bölgə ilə birləşdirəcək, Venqandan Quyana olan yolu 130 kilometrdən 30 kilometrədək azaldacaq.
Dünyanın ən yüksək asma körpüsü də Çində, Hubey vilayətindəki Badonq bölgəsindədir. Bu körpü 496 metr yüksəklikdədir.
Çinin Baoşan bölgəsində tikilən və 247 metr yüksəklikdə olan asma körpünün inşası isə gələn il başa çatacaq.
Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389090.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR