Yeni qadağa: Azərbaycandan Rusiyaya nə aparacağınıza diqqət edin

Yeni qadağa: Azərbaycandan Rusiyaya nə aparacağınıza diqqət edin
12:28 10 Dekabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın dövlət qurumları Azərbaycan və Qazaxıstan ərazisindən tranzit kimi istifadə olunaraq türkiyəli sahibkarlara məxsus meyvə-tərəvəzin ölkəyə gətirilməsinə daha ciddi nəzarət edəcək.

APA Rusiyanın "İzvestiya" qəzetinə istinadən xəbər verir ki, Rusiyanın İctimai Palatasının Ailə, uşaq və anaya dəstək Komissiyası sədrinin birinci müavini Pavel Sıçov bununla bağlı Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçova, Federal gömrük xidmətinin sədri Andrey Belyaninova və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Federal Xidmətinin rəhbəri Anna Popovaya müraciət edib.

Müraciətdə bildirilir ki, türkiyəli sahibkarlar məhz Azərbaycan və Qazaxıstan ərazisindən istifadə edərək öz məhsullarını Rusiyaya çatdırır.

"Məndə olan dəqiq məlumata görə, Türkiyədən olan sahibkarlar öz məhsullarını Rusiyaya çatdırmaq üçün yollar axtarır və bunun üçün adıçəkilən ölkələrin ərazisindən istifadə olunur. Bu, azərbaycanlı təchizatçıların Rusiya bazarında mövqeyini genişləndirmək üçün də yeni imkanlar yaradır. Burada müxtəlif variantlardan istifadə oluna bilər. Bunun qarşısı alınmalıdır", - deyə P. Sıçovun müraciətində qeyd edilir.

İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Federal Xidmətinin rəsmi nümayəndəsi Yuliya Melano deyib ki, Türkiyəyə məxsus məhsullara embarqo 2016-cı ilin yanvarın 1-dən qüvvəyə minir və bu səbəbdən təkrar ixraca nəzarət həmin dövrdən gücləndiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389161.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR