Yaponiyanın Baş nazirinin rəsmi saytı hakerlərin hücumuna məruz qalıb

Yaponiyanın Baş nazirinin rəsmi saytı hakerlərin hücumuna məruz qalıb
13:43 10 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 10 dekabr, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abenin rəsmi saytı hakerlərin hücumundan sonra qismən bərpa olunub. Hücumun “Anonymous” beynəlxalq hakerlər qrupu tərəfindən həyata keçirildiyi güman edilir.
Dekabrın 10-da təşkil edilmiş mətbuat konfransında hadisəyə aydınlıq gətirən Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa deyib: “Baş nazirin rəsmi saytına giriş həqiqətən də məhdudlaşıb. Əlimizdə hücumun “Anonymous” hakerlər qrupu tərəfindən həyata keçirildiyini təsdiq edən heç bir informasiya yoxdur”.
Ş.Abenin saytına giriş dekabrın 9-dan 10-na keçən gecə tamamilə bağlanıb. “Anonymous” beynəlxalq hakerlər qrupu Twitter mikrobloqunda yapon Baş nazirinin saytına hücumun onlar tərəfində həyata keçirildiyini bildirib. Bunun səbəbi barədə isə heç bir məlumat verilmir.
Y.Suqa əlavə edib ki, hazırda hüquq mühafizə orqanlarının əməkdaşları bu hadisənin araşdırılması ilə məşğuldurlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yaponiyanin_Bas_nazirinin_resmi_sayti_hakerlerin_hucumuna_meruz_qalib-909963

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR