S.Babayev deyib ki, son 10 ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 4 dəfə artıb: "Son illərdə ölkəyə 200 mlrd. dollardan çox investisiya cəlb edib ki, onun da 52%-i yerli mənbələr, 48%-i isə xarici mənbələr hesabına cəlb olunub".
Nazir müavini bildirib ki, ölkə prezidentinin son iki ayda qəbul etdiyi qərarlar sahibkarlığın inkişafına əlavə təkan verir: "Bu ilin 10 ayı ərzində 17,2 mlrd. dollarlıq xarici dövriyyəmiz olub və onun 7,4 mlrd. dolları idxalın, qalanı isə ixracın payına düşür. Bu da müsbət saldonun olduğunu göstərir. Hazırda qeyri-neft ixracının 22%-i Rusiyaya yönəldilib".