"Başımızı aşağı salmalı deyilik" - Roman Qriqorçuk

"Başımızı aşağı salmalı deyilik" -   Roman Qriqorçuk
00:52 11 Dekabr 2015
30 İdman
Ölkə mətbuatı
A- A+

Roman Qriqorçuk "Krasnodar"la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, ukraynalı mütəxəssis 0:3 hesabı ilə yenmildikləri matçla bağlı bunları deyib: 


"Avroliqa bizim üçün başa çatdı. Qrupda pis çıxış etmədik. Nələr üzərində işləməli olduğumuzu bildik. Başımızı aşağı salmalı deyilik. İrəli baxıb, işimizi davam etdirməliyik.


Komandanı yerli və ya legioner futbolçulara bölməməliyik. Çünki komanda şəklində mübarizə aparırıq, meydana çıxırıq. Ölkə çempionatında reqlament fərqlidi və əsasən yerli futbolçular oynayır. Mənim yanaşmam isə fərqlidi. Oyundan əvvəl hansı futbolçular hazırdısa, meydana da onlar çıxır. Paltardəyişmə otağında futbolçulara razı qaldığımı dedim. İlk hissəyə yaxşı başlasaq da, alınmadı. Buna görə komandanı qınamıram. Popoviç qol buraxdıqdan sonra ona dedim ki, belə hadisələrdən sonra oyunçu daha da yetişməlidir. Düşünmürəm ki, o qədər də pis oynadıq.


Futbolçular pul barədə düşünmürdü. Onların hər biri oynamaq istəyirdi. Oynamaq istəməyən futbolçu yox idi. Bəzi oyunçular oyundan əvvəl xəstələnmişdi. Buna baxmayaraq, meydanda can qoydular. Qrafikimiz çox sıx oldu. Buna baxmayaraq, futbolçular oynamağa can atdı. Biz daha çox təcrübə qazandıq. Ki, bu da gələcəkdə bizə çox lazım olacaq".


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR