Akari Amari: Neftin qiymətinin azalması dünya iqtisadiyyatında balansı poza bilər

Akari Amari: Neftin qiymətinin azalması dünya iqtisadiyyatında balansı poza bilər
11:38 11 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 11 dekabr, AZƏRTAC.
Yaponiyanın iqtisadi bərpa naziri Akira Amari bildirib ki, neftin qiymətinin azalması dünya iqtisadiyyatına mənfi təsir göstərə bilər. Bu barədə A.Amari dekabrın 11-də Tokioda hökumətin iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
Nazir deyib: “Əgər neft hasilatçısı olan ölkələrin iqtisadiyyatı inkişafdan qalarsa, bu, bütün dünya təsərrüfatına mənfi təsir göstərəcək”.
A.Amari etiraf edib ki, neftin ucuzlaşması Yaponiya kimi benzinin qiymətinin yeddi həftədir dayanmadan endiyi ölkələr üçün sərfəlidir, lakin onun qiymətinin hədsiz aşağı düşməsi qlobal iqtisadiyyatda balansı poza bilər.
Nazir, həmçinin qeyd edib ki, hazırda hər yerdə xammalın qiymətinin aşağı düşməsi, Yaponiyanın inflyasiyanı 2 faiz həddinə çatdırmaq planlarını da pozur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Akari_Amari_Neftin_qiymetinin_azalmasi_dunya_iqtisadiyyatinda_balansi_poza_biler-910275

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR