ANS PRESS-in məlumatına görə, Sem dayı adlı qartal ABŞ-da Respublikaçılar paritiyasından prezidentliyə namizəd olan milyarder Donald Trampın fotosessiya zamanı keyfinə soğan doğruyub.
Bir müddət əvvəl qartalla siyasətçinin fotoları "Time" jurnalınıda çap olunub. İndi isə fotosessiya prosesinin videosu internetdə yayılıb.
Videoda qartal Trampa hücum edərək onun saç düzümünü dağıdır.
Donald Trampa yırtıcı qartal hücum edib.

"Time" jurnalında Donald Trampın şəkili
Sonuncu dəfə ekstravaqant milyarder Donald Tramp müsəlmanlara qarşı bəyanatı ilə gündəmə gəlib. O hesab edir ki, müsəlmanların ABŞ-a girişinə məhdudiyyətlər qoyulmalıdır. "Ayıq olmalıyıq. ABŞ hökumət nümayəndələrinin nə baş verdiyini anlayana qədər müsəlmanlar ölkəyə buraxılmamalıdır. Müsəlmanların çoxu amerikalılardan nifrət edirlər", - deyə siyasətçi bildirib. Bununla o ötən həftə Kaliforniyanın San-Bernardino ştatında 14 nəfərin ölümü ilə nəticələnən insidenti şərh edib.
Dünyanın tanınmış şəxsləri Donald Trampın müsəlmanlara qarşı səsləndirdiyi fikirlərə qarşı çıxaraq İslamı, müsəlmanları dəstəkləyiblər.
Onlardan biri də "Facebook" sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberqdir. O, öz "Facebook" səhifəsində Paris hadisələrini xatırladıb və müsəlamnlara dəstəyini bildirib.
"Mən buradan "Facebook"dakı və bütün dünyadakı müsəlmanlara dəstək səsimi eşitdirmək istəyirəm. Paris hücumlarından sonra (o həftəyə nifrət edirəm) müsəlmanların qorxusunu sadəcə təxmin edə bilirəm. Valideynlərim bir yəhudi olaraq mənə öyrədiblər ki, biz istənilən birliyə qarşı hücumlara müqavimət göstərməliyik. Hətta bu gün hücum bizə qarşı yönəlməsə belə, zamanla azadlığa edilən hücum hamımıza ziyan vuracaq. Əgər bir müsəlmansansa, "Facebook"un yaradıcısı olaraq istəyirəm ki, bunu biləsən: Burada həmişə xoş qarşılanacaqsan. Biz burada sənin haqlarını qorumaq və etibarlı mühit yaratmaq üçün savaşacağıq", - deyə Zukerberq öz səhifəsində yazıb.
I want to add my voice in support of Muslims in our community and around the world.After the Paris attacks and hate...
Posted by Mark Zuckerberg on 9 декабря 2015 г.
Mark Zukerberqin "Faceebok" səhifəsi