Neftin qiyməti yenidən 40 dollarlıq psixoloji göstəricidən aşağı düşüb

Neftin qiyməti yenidən 40 dollarlıq psixoloji göstəricidən aşağı düşüb
13:18 11 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Neftin barrelinin qiyməti yenidən 40 dollarlıq psixoloji göstəricidən aşağı düşüb. Buna OPEC-in bazardakı vəziyyətlə bağlı məruzəsi səbəb olub.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, Bloomberg agentliyinin məlumatına əsasən, neftin qiyməti həftənin nəticəsinə görə 8 faiz ucuzlaşıb. Dekabrın 11-də Londonun ICE Futures birjasında brent markalı neftin barrelinin yanvar fyuçerslərinin qiyməti hərracın gedişində 39,38 dollara ensə də, sonradan bir qədər yüksələrək 39,49 dollarda qərarlaşıb.
Nyu-Yorkun əmtəə birjasında (NYMEX) isə WTI markalı neftin qiyməti 0,6 faiz aşağı düşərək barreli 36,52 dollardan satılıb.
Xatırladaq ki, mart ayından bəri neft bazarında bu qədər uzunmüddətli eniş dövrü qeydə alınmamışdı.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR