Suriya qaçqınlarını daşıyan ilk təyyarə Kanadaya gəlib

13:48 11 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Suriyalı qaçqınları daşıyan ilk təyyarə Kanadanın Toronto şəhərinə çatıb.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, təyyarə Kanadaya ümumilikdə 163 suriyalı qaçqın gətirib. Qaçqınları daşıyan daha bir təyyarənin isə şənbə günü Monreal şəhərinə gələcəyi bildirilir.
Kanada hökuməti 2015-ci ilin axırınadək 10 min suriyalı qaçqını ölkə ərazisində yerləşdirmək niyyətindədir. Daha 15 min nəfərə isə gələn il fevral ayının sonlarına qədər sığınacaq veriləcək.
Xatırladaq ki, dekabrın əvvəlində Kanada rəhbərliyi köçürülmə proqramı çərçivəsində ölkədə yerləşdirilməsi nəzərdə tutulan İordaniyada olan Suriya vətəndaşlarının yoxlanılmasına başlayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR