Neftin qiyməti ilə bağlı 7 illik proqnoz açıqlandı

Neftin qiyməti ilə bağlı 7 illik proqnoz açıqlandı
14:56 11 Dekabr 2015
57 Digər
Ölkə mətbuatı
A- A+

Yaxın 7 il ərzində neftin qiyməti 40-60 dollar/barrel ətrafında dəyişəcək.

ANS PRESS-in məlumatına görə, bu haqda Rusiyanın maliyyə nazirinin müavini Maksim Oreşkin danışıb.

Rusiya rəsmisinin sözlərinə görə, Rusiya iqtisadiyyatı neftin 40 dollar/barrel qiymətinə uyğunlaşıb və ölkə iqtisadiyyatı üçün əsas qorxu hazırda büdcə kəsiridir.


Maksim Oreşkin - Rusiyanın maliyyə nazirinin müavini


Hazırda dünya bazarında "qara qızıl"ın qiymətində enmə müşahidə edilir. Birjalarda "Brent" markalı neftin bir barrelinin qiyməti 40,11 dollardan 39,61 dollara düşüb.

Ən aşağı qiymət "Light" markalı neftdə qeydə alınıb. Son məlumatlara görə, "Light" neftinin qiyməti 36,61 dollar təşkil edib.

"AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 0,64 dollar ucuzlaşaraq 40,94 dollar olub.


Dünya birjalarında neftin qiyməti


Neftin qiymətinin bu qədər aşağı düşməsi Səudiyyə Ərəbistanının neft hasilatını artırması ilə əlaqələndirilir. Krallıq bu yolla neft bazarındakı yerini qorumaq və neftin qiymətinin aşağı olduğu bir dövrdə gəlirinin azalmasının qarşısını almaq istəyir.

Bundan başqa təkcə Səudiyyə Ərəbistanı deyil, ümumilikdə OPEC (Neft İxrac Edən Ölkələr Birliyi) ölkələri neft bazarını kifayət qədər xammalla təmin edir. Məhz bu səbəbdən "qara qızıl"ın qiyməti son 6 ildə ən aşağı həddə çatıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367029

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR