Bu barədə "Report"a Dövlət Film Fondundan məlumat verilib.
Yubiley tədbiri dekabrın 15-i saat 17.00-də Film Fondunda keçiriləcək.
M.Şeyxzamanovun 100 illik yubileyinə həsr edilən ilk tədbir Akademik Milli Dram Teatrında təşkil edilib.
Xatırladaq ki, M.Şeyxzamanov 1915-ci ildə Gəncədə anadan olub. Azərbaycan teatr və kinosunun tarixində müxtəlif, maraqlı obrazlar yaradan M.Şeyxzamanov yaddaqalan obrazlara imza atıb.
M.Şeyxzamanov 1984-cü ildə 70 yaşında vəfat edib.