Erməni jurnalist ABŞ rəsmisini özündən çıxardı (VİDEO)

Erməni jurnalist ABŞ rəsmisini özündən çıxardı (VİDEO)
15:51 11 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Erməni jurnalistin sualı ABŞ Dövlət Departamentinin sözcüsünü özündən çıxardı. ANS PRESS-in məlumatına görə, Con Kibrini əsəbləşdirən isə Türkiyə haqqında sual olub.

Günlük brifinq keçirən Kibri jurnalistlərin suallarını cavablandırıb. Bu zaman RT kanalının müxbiri Gayane Çiçakyan adlı qadın israrla ona Türkiyə haqqında sual verib. Rusiya kanalının erməni əsilli jurnalisti dəfələrlə "Türkiyənin İraqa əsgər göndərməsini necə qiymətləndirisiz?" deyə soruşub.


Gayane Çiçakyan- Rusiya kanalının erməni əsilli müxbiri

Nəticədə Kibri əsəblərinə hakim ola bilməyib və jurnalistə sərt cavab verib. "Utanmadan bu sualları verə bilməyinizdən təccüblənirəm. Rusiya hökumətindən soruşa bilmədiklərini nə üçün məndən soruşursan?", deyə ona cavab verib.

Kirbi bu suala üç gündür eyni cavabı verdiyini deyib və bildirib ki, Türkiyə, eləcə də İraq problemin həlli üçün lazımi görüşləri həyata keçirir.

Bu cavabdan məmnun olmayan jurnalist sualını formasını dəyişərək yenidən verib. Əsəbləşən Kibrinin bu dəfə ona cavabı daha ağır olub. "Suallarına bax və özünə gül. Bunlar çılğın suallardır", deyə qadını susdurub.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367047

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR