Bakı-Moskva aviareysinə biletlər ucuzlaşdı

Bakı-Moskva aviareysinə biletlər ucuzlaşdı
19:13 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Maksim Tsurkov - Trend:

"Azərbaycan Hava Yolları" QSC (AZAL) yeni "Promo" tarifi üzrə Bakı-Moskva (Domodedovo) reysinə biletlərin qiymətini azaldıb.

AZAL-dan Trend-ə verilən məlumata görə, yeni tariflə Bakıdan Moskvaya aviabiletlər 122, əks istiqamətə isə 110 avrodur.

Biletlərin dəyərinə bütün rüsumlar, həmçinin qidalanma və 8 kq-dək əl yükü daxildir. Bir baqaj yerinin (23 kq-dək) qiyməti 25 avro təşkil edir.

Qeyd edək ki, bundan əvvəl biletlərin qiyməti bu tarif üzrə təqribən 295 manat idi.

Uçuşlar "Airbus A320" təyyarəsi ilə həyata keçirilir.

"Promo" tarifi "AZAL Miles" bonus proqramına daxil deyil.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR