Xalq Artisti Məsum İbrahimov səhnəni tələbələri ilə bölüşüb

20:58 11 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, Flora Şükürova, AZƏRTAC
Dekabrın 11-də Azərbaycan Dövlət Milli Konservatoriyasında Xalq Artisti Məsum İbrahimovun konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl Milli Konservatoriyanın rektoru, Xalq Artisti Səyavuş Kərimi çıxış edərək rəhbərlik etdiyi elm ocağının reallaşdırdığı layihələrdən söz açıb. O, son vaxtlar konservatoriyada keçirilən konsertlərə olan böyük maraqdan danışıb və bunun çox müsbət hal olduğunu vurğulayıb.
Daha sonra "Qarabağ ansamblı" səhnəyə dəvət olunub. Konsertdə Mənsum İbrahimov tələbələri ilə birgə "Çahargah" dəsgahını ifa edib.
Bədii kompozisiya şəklində hazırlanan konsertin rejissoru Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev, bədii qiraətçisi Əməkdar Artist Azad Şükürov olub.
Xanəndəni Əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança) müşayiət ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xalq_Artisti_Mesum_Ibrahimov_sehneni_telebeleri_ile_bolusub-910525

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR