7 uşaq atası boşandı, yubka geyindi, "qadın" oldu - VİDEO - FOTO

7 uşaq atası boşandı, yubka geyindi, "qadın" oldu - VİDEO - FOTO
10:42 12 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Uşaqlığıma, illər əvvələ qayıtmaq istədim. Uşaq olmaq istəyirəm. Mən indi Stefonkniyəm.

Kanadanın Toronto şəhərində yaşayan 52 yaşlı Stefonkni Uolştun (Stefonknee Wolscht) yaşamı tam dəyişib. Daha doğrusu, o, həyatını dəyişib.
O, əvvəllər Pol Uolştdu və avtotəmir emalatxanasında mexanik işləyirdi.
7 övlad atası arvadını boşayıb və indi qadın paltarı geyinir, dodaqlarını boyayır, ənlik-kirşandan istifadə edir. Dediyinə görə, "6 yaşlı qız"dır.
Milli.Az Daily Xtra-ya istinadən bildirir ki, transseuksual Stefonkni boşanandan sonra evsiz-eşiksiz qalıb və küçələrdə yaşamağa başlayıb. 

İki həftə əvvəl o, yaşlı ər-arvadın evində kirayə yaşamağa qərar verib.
Kirayədə qaldığı evdə o, qocaların 8 yaşlı nəvəsinin oyuncaqları ilə oynayır.
Stefonkninin boşandığı xanımı, 46 yaşlı Meri yaşananları şərh etmək istəməyib, suallara cavab verməyib.

Əvvəl Pol olmuş, indisə "Stefonkni"yə çevrilmiş 52 yaşlı kişi  söyləyir: "Arvadıma özümü qadın kimi hiss etdiyimi dedim. O isə dava saldı, dalaşdı. Dedi ki, ya transeksuallıqdan əl çəkməliyəm, ya da boşanmalıyıq. Mən boşanmağa qərar verdim. İndi dostlarımla yaşayıram. Qocaların balaca nəvəsi ilə oynayıram. Onun oyuncaqlarını da çox sevirəm. Gözəl kuklalar var. Kuklalarla oynamaq mənə həzz verir".

Pol-Stefonkninin sözlərinə görə, əvvəlki həyatına qayıtmaq istəmir: "Evli olduğumu danmıram. Uşaqlarım da vardı. Lakin indi irəli getdim, uşaqlığıma qayıtdım. Uşaq olmaq istəyirəm. Böyük olmaq istəmirəm".
O, daha sonra bildirib ki, Meri tlə nikahlarının ilkin dönəmlərində arvadına qadın paltarları geyinməkdən, kosmetikadan istifadədən xoşlandığını demişdi. Meri də bunu əyləncə saymışdı və hətta Pola qadın paltarları da almışdı. 
Lakin Meri ərinin transseksual olduğunu anlayanda evdə sürəkli dava-dalaşlar başlanıb.
23 il belə keçib.

Lakin sonradan Merinin səbr kasası daşıb. Polun oğlı Piter və qızı Amanda da analarının tərəfini tutanda boşanma ehtimalı artıb.
"İki ilə əvvəl qızımın toyu oldu. Amanda məni toyuna dəvət etdi. Amma dedi: "Adam kimi geyin, kilsədə lap axır sırada otur və ailəmizdən kimsə ilə danışma", - "Stefonkni" söyləyir.

Milli.Az


















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/389646.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR