Daxili İşlər Nazirliyi Ağdamda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 11-də Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan Emil Aslanov evində ailə məişət münaqişəsi zəminində avtomat silahdan açdığı atəşlə özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.
Ağdam RPŞ əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı nömrəsi silinmiş “AK-74” markalı silah, 76 ədəd patron, 3 patron darağı və 1 ədəd giliz aşkar edilərək götürülüb.
Araşdırmalar aparılır.