Azərbaycan var olduqca, ulu öndər Heydər Əliyevin də xatirəsi yad ediləcək

17:53 12 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC 
Azərbaycan var olduqca, ulu öndər Heydər Əliyevin də xatirəsi yad ediləcək. Azərbaycan xalqının müdrik oğlu, dərin zəka sahibi Heydər Əliyev zəmanəmizin görkəmli şəxsiyyətlərindən biri idi. Onun əziz xatirəsi daim yaddaşlarda yaşayacaq, gördüyü işlər öz dəyərini qoruyub saxlayacaq.
Bu sözləri ulu öndərə ehtiramını bildirmək üçün dekabrın 12-də Fəxri xiyabana gəlmiş Bakı şəhər sakini Namiq Nurullayev AZƏRTAC-a müsahibəsində deyib.
N.Nurullayev qeyd edib ki, Azərbaycanın müstəqilliyinin qorunub saxlanması birbaşa ulu öndər Heydər Əliyevin xidmətinin nəticəsidir. Bu gün Azərbaycanın dünyada söz sahibi kimi tanınması dahi şəxsiyyət Heydər Əliyevin siyasi uzaqgörənliyinın təcəssümüdür.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_var_olduqca_ulu_onder_Heyder_Aliyevin_de_xatiresi_yad_edilecek-910751

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR