Kriştiano Ronaldo: "Yadplanetli deyiləm, mənim də çətin dövrlərim olur"

"Real"ın hücumçusu Kriştiano Ronaldo çox da uğurlu olmayan mövsümün startı ilə bağlı fikirlərini jurnalistlərlə bölüşüb:

"Problemlər təkcə şəxsi məsələlərlə əlaqədar deyil. Fiziki formamla da bağlı problemlər var idi. Ancaq bunlara görə özümə bəraət qazandırmıram.

Yadplanetli deyiləm, bu səbəbdən mənim də çətin dövrlərim olur. Bu, keçmişdə qalıb. İndi özümü yaxşı hiss edirəm.

Hamımız çətinliklər yaşıyırıq. Bu, normaldı. İndi hər matç oyunumu inkişaf etdirməyə çalışıram. "Real"a xeyir vermək istəyirəm. Yaxşı mövsüm keçirməyə çalışıram.

"Qızıl top"? Yaxşı mövsüm keçirdiyimi düşünürəm, bəlkə də ən yaxşı mövsümümdü. Yaxşı şansım var, amma eyni şey MessiNeymara da aiddi. Onlar Çempionlar Liqasının qalibi olublar.

Düşünürəm ki, bu il qalib gəlmək çətin olacaq, ancaq mümkünsüz də deyil. Namizədlərin siyahısında olduğuma görə şadam".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR