Ulu öndər Heydər Əliyev məhəbbətlə yad edilib

Ulu öndər Heydər Əliyev məhəbbətlə yad edilib
19:23 12 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
Xalqının tarixində elə şəxsiyyətlər var ki, onlar cismən bizdən uzaqlaşdıqca, ruhən daha çox bizə yaxınlaşır. Müstəqil Azərbaycanın qurucusu və memarı, milli şüurumuzun və mənəvi varlığımızın, dövlətçiliyimizin qurucusu və qoruyucusu, ulu öndər Heydər Əliyev də belə təkrarolunmaz şəxsiyyətlərdəndir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər dekabrın 12-də Qafqaz Media İctimai Birliyinin iqamətgahında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anma mərasimində səslənib.
Tədbirdə əvvəlcə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla qeyd edilib.
İctimai Birliyin sədri, tibb elmləri üzrə fəlsəfə doktoru Azadə Hüseynova bildirilib ki, Heydər Əliyev hər zaman xalqımızın qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi mənəvi irsinə, incəsənətinə və səhiyyəsinə qayğı ilə yanaşıb. Ümummilli Liderin səhiyyə işçiləri ilə hər bir görüşünün əlamətdar hadisəyə çevrildiyini qeyd edən A.Hüseynova, onun bir dövlət başçısı, bir lider olaraq hər zaman xalqın sağlamlığının qayğısına qaldığını, səhiyyə sahəsində güclü islahatlar apardığını söyləyib.
Sonda Heydər Əliyevə həsr edilmiş sənədli film nümayiş olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_onder_Heyder_Aliyev_mehebbetle_yad_edilib-910812

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR