Ulu Öndər ədəbiyyatımızın inkişafına həmişə böyük qayğı göstərib

Ulu Öndər ədəbiyyatımızın inkişafına həmişə böyük qayğı göstərib
20:44 12 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC 
Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyində ümummilli lider Heydər Əliyevin xatirəsini anma mərasimi keçirilib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu qurumun direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı Ulu Öndərin şərəfli ömür yolundan və zəngin fəaliyyətindən söz açıb. Qeyd edilib ki, görkəmli dövlət xadimi Heydər Əliyev digər sahələrlə yanaşı, ədəbiyyat məsələlərinə də xüsusi diqqət yetirib, ustad sənətkarların yubileylərinin keçirilməsi, xatirələrinin əbədiləşdirilməsi, əsərlərinin nəşri, təbliği, dünya miqyasında tanıdılması, müasir ədəbi prosesin inkişafı üçün hər cür şərait yaradılması istiqamətində son dərəcə böyük işlər görüb.
Bildirilib ki, Ümummilli Liderin böyük rəğbət və qayğı göstərdiyi klassik sənətkarlarımız arasında dahi şair və dramaturq, böyük filosof, mütəfəkkir, vətənpərvər ziyalı Hüseyn Cavidin özünəməxsus müstəsna yeri vardır. Cavid sənətinə hələ keçən əsrin 70-ci illərindən maraq göstərən ulu öndər Heydər Əliyev ədibin adını Azərbaycan ədəbiyyatı xəzinəsini zənginləşdirənlər sırasında dəfələrlə çəkib. Ötən əsrin 80-ci illərinin əvvəllərindən isə Ümummilli Lider Hüseyn Cavid irsinə müntəzəm diqqət göstərib, şairə layiqli qiymətin verilməsi işini daim diqqət mərkəzində saxlayıb.
Tədbirdə Hüseyn Cavid irsinə dahi rəhbər Heydər Əliyevin sonsuz qayğısını əks etdirən fotoşəkillərdən ibarət sərgi nümayiş olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_Onder_edebiyyatimizin_inkisafina_hemise_boyuk_qaygi_gosterib-910837

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR