İqtisad Universitetində yeni fənn: beynəlxalq investisiyalar

İqtisad Universitetində yeni fənn: beynəlxalq investisiyalar
21:05 12 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) yeni fənlər və tədris kursları yaradılır. Məqsəd mövcud ixtisaslar üzrə kadr hazırlığı səviyyəsini yüksəltməkdir.

ADİU-dan AZƏRTAC-a bildiriblər ki, həmin fənlərdən biri beynəlxalq investisiyalardır. Fənnin tədris proqramı universitetin rektoru, professor Ədalət Muradovun rəhbərliyi və elmi redaktorluğu ilə hazırlanıb. Beynəlxalq iqtisadiyyat kafedrasının professor və müəllimləri tərəfindən işlənilib hazırlanan fənn bu kafedranın tədris planına daxil edilib.

Yeni fənnin nəşrə hazırlanması üçün ADİU-nun aparıcı mütəxəssislərinin iştirakı ilə kafedrada ilkin müzakirələr aparılıb. Beynəlxalq investisiyalar fənninin Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyəti, beynəlxalq iqtisadiyyatın müxtəlif sahələri üzrə milli kadr hazırlığında vacibliyi vurğulanıb.

Fənn proqramının hazırlanmasında çoxlu sayda xarici və yerli iqtisadçı alimlərin əsərlərindən istifadə edilib. Proqram Avropanın nüfuzlu universitetlərinin investisiyalarla bağlı dərslik və dərs vəsaitlərinə, proqramlarının mövzularına uyğunlaşdırılıb. Proqramda son mövzular Azərbaycan iqtisadiyyatı ilə əlaqələndirilib. Burada ölkənin neft sektoru ilə yanaşı, qeyri-neft sektoruna diqqət ayrılır. Bu, xarici investisiyaların yatırılmasının perspektivləri baxımından tədris proqramının daha əhəmiyyətli olmasını bir daha şərtləndirir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR