Afinada miqrantlar arasında kütləvi dava olub

Afinada miqrantlar arasında kütləvi dava olub
02:44 13 Dekabr 2015
23 Dünya
Ölkə mətbuatı
A- A+

Afinanın txekvondo stadionunda yerləşdirilmiş Mərakeş və digər ölkələrdən gələn miqrantlar arasında kütləvi dava olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qaçqınların gəlişinə qadağa qoymuş Yunanıstan sərhədindən gətirilən 2500-dək miqrant dekabrın 9-da Afinaya gətirilib. Məlumata görə, miqrantlar stadionda yerləşdirildikdən sonra aralarında bir neçə dəfə kütləvi dava olub.

 

“Proto tema” nəşri bildirir ki, iğtişaşlar zamanı 100-dək miqrant saxlanılıb: “İğtişaşları yatırmaq üçün xüsusi təyinatlı polis dəstələri cəlb edilib. Polis problem yaradan miqrantları ümumi kütlədən ayırmağı qərara alıb”.  

 

Miqrantların yerləşdirildiyi rayonun rəhbəri Yanis Konstantinos mərakeşlilərin iğtişaşlara səbəb olduğunu bildirərək qeyd edib ki, Mərakeşdən olan qaçqınlar digər ölkələrdən gəlmiş miqrantları şantaj etməyə və öz qaydalarını tətbiq etməyə çalışırlar.     


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224991

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR