COP-21: Yekun saziş layihəsi təsdiqlənib

COP-21: Yekun saziş layihəsi təsdiqlənib
04:53 13 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 dekabr, AZƏRTAC
Qlobal istiləşmə ilə mübarizəyə dair saziş layihəsi BMT-nin iqlim üzrə Parisdə keçirilən COP-21 konfransının iştirakçıları tərəfindən təsdiqlənib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sənədi 195 ölkədən olan bütün nümayəndə heyətləri dəstəkləyib. “Konfrans iştirakçılarının heç bir etirazı yoxdur. Saziş təsdiqlənib” – deyə konfransın yekun plenar iclasına sədrlik edən Fransanın xarici işlər naziri Loran Fabius elan edib.
Sazişin əsas məqsədi qlobal istiləşmə temperaturunun orta artımını sənayeləşmə erasınadək olan müvafiq göstəriciyə nisbətdə 1-1,2 dərəcə çərçivəsində saxlamaqdır. Bu məqsədlə inkişaf etmiş ölkələr 100 milyard dollar ayırmaq bərədə əvvəlki öhdəliklərini təsdiqləyiblər. Bu məbləğin bölüşdürülməsi ilə BMT-nin yaşıl iqlim fondu məşğul olacaq.
BMT-nin baş katibi Pan Gi Mun ölkələrin sazişi imzalamasını alqışlayıb və onu tarixi hadisə adlandırıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/COP_21_Yekun_sazis_layihesi_tesdiqlenib-910865

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR