​Voronej internatında yanğından ölənlərin sayı 23 nəfərə çatıb

​Voronej internatında yanğından ölənlərin sayı 23 nəfərə çatıb
12:22 13 Dekabr 2015
23 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 dekabr. REPORT.AZ/ Rusiyanın Voronej vilayətinin yanğın baş verən Psixonevroloji internatının dağıntıları altından daha bir ölən şəxsin meyiti çıxarılıb.
"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin vilayət üzrə Baş İdarəsinə istinadən TASS məlumat yayıb.
"Beləliklə, yanğın nəticəsində ölənlərin ümumi sayı 23 nəfər təşkil edib, onlardan ikisi xəstəxanada keçinib", - deyə məlumatda qeyd olunub.
Hazırda xəstəxanada 20-dən çox zərərçəkən var, 3 nəfərin vəziyyəti ağırdır.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev faciə ilə bağlı rusiyalı həmkarına başsağlığı verib.

Xəbərin orijinal ünvanı: http://report.az/region/voronej-internatinda-yangindan-olenlerin-sayi-23-nefere-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR