Ağstafa Musiqi və İncəsənət Mərkəzinin tikintisi başa çatmaq üzrədir

Ağstafa Musiqi və İncəsənət Mərkəzinin tikintisi başa çatmaq üzrədir
11:08 14 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Ağstafa, 14 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 30 iyun tarixli “Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı ilə şəhərdə inşasına başlanılan Musiqi və İncəsənət Mərkəzinin tikintisində işlər sürətlə davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, artıq binanın dam örtüyü vurulub. Hazırda bina üzlənir, daxildə isə tamamlama işləri görülür. Binanın ətrafında genişmiqyaslı abadlıq işlərinə də başlanılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agstafa_Musiqi_ve_Incesenet_Merkezinin_tikintisi_basa_chatmaq_uzredir-910959

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR