® PAŞA Sığorta şirkəti “Sığortaçı Akademiyası” layihəsinə start verdi

®  PAŞA Sığorta şirkəti “Sığortaçı Akademiyası” layihəsinə start verdi
11:24 14 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

 

Ölkəmizin lider sığorta şirkətlərindən olan PAŞA Sığorta “Sığortaçı Akademiyası” layihəsinəstart verdi.

Bu layihə sosialdır, təlimlər tam ödənişsiz şəkildə həyata keçirilir və əsas məqsəd ölkəmizdə sığorta maarifləndirməsini artırmaqdan ibarətdir.

İlk olaraq 3 və 5 dekabr tarixlərində “Sığortaçı Akademiyası” və Dövlət Agentliyinin "ASAN School" könüllülük proqramının "ASAN Kadr" karyera mərkəzinin birgə təşkilatçılığı ilə məzun ASAN Könüllülərinə "Sığorta İşinin Əsasları və Korporativ İdarəetmə" adlı təlim keçirildi.Qeyd edək ki,  təlimdə 25 ASAN könüllüsü iştirak edib.  Əsas mövzuları Risklərin İdarə olunması, Sığorta işinin əsasları, Sığorta iddialarının tənzimlənməsi, Marketinq, İnsan Resursları və Mühasibatı əhatə edən təlimlər PAŞA Sığorta şirkətinin əməkdaşları tərəfindən keçirilib.  Təlimin sonunda iştirakçılar sertifikat ilə təltif olunublar.

PAŞA Sığorta şirkətindən aldığımız məlumata görə “Sığortaçı Akademiyası” layihəsi çərçivəsində fərqli qurumlarda, universitetlərdə bu kimi təlimlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, «PAŞA Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. «PAŞA Holding» qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 32 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Nizamnamə kapitalı 50 mln manat olmaqla, “PAŞA Sığorta” kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta və təkrar sığorta bazarında lider mövqeyini gücləndirir.

 






Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225065

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR