"Qalatasaray"la "Fənərbaxça"nın bəxtinə kim düşəcək? - YENİLƏNİR

"Qalatasaray"la "Fənərbaxça"nın bəxtinə kim düşəcək? -   YENİLƏNİR
11:42 14 Dekabr 2015
26 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Avropa Liqasının 1/16 final mərhələsinin püşkü atılacaq. Fanat.az хəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq mərasim Bakı vaхtı ilə saat 16.00-da başlayacaq.

Püşkdə Avropa Liqasının 12 qrupunda ilk iki pilləni tutmuş 24 və Çempionlar Liqasında qrup üçüncüsü olmuş 8 komanda rəqiblərini tanıyacaq.

Mərasim öncəsi bu 32 komanda səbətlərə bölünüb. Qrup qalibləri "səpələnmiş", ikinciləri "səpələnməmişlər" sırasında düşüb. Çempionlar Liqasından gələn 8 komanda isə reytinqinə əsasən bu səbətlərə bərabər bölünüb.

Azərbaycan klublarının mübarizə aparmadığı mərhələdə Türkiyənin iki təmsilçisinin də rəqibləri müəyyənləşəcək. Çempionlar Liqasında qrup üçüncüsü olan "Qalatasaray"la Avropa Liqasının qrupunda ikinci pilləni tutan "Fənərbaхça" "səpələnməmişlər" səbətində yer alıb.

Səpələnmişlər: Molde (Norveç), Liverpul (İngiltərə), Krasnodar (Rusiya), Napoli (İtaliya), Rapid (Avstriya), Braqa (Portuqaliya), Latsio (İtaliya), Lokomotiv (Rusiya), Bazel (İsveçrə), Tottenhem (İngiltərə), Şalke (Almaniya), Atletik (İspaniya), Mançester Yunayted (İngiltərə), Bayer (Almaniya), Olimpiakos (Yunanıstan), Porto (Portuqaliya).
 
Səpələnməmişlər: Fənərbaxça (Türkiyə), Syon (İsveçrə), Borussiya (Dortmund, Almaniya), Midtyulland (Danimarka), Vilyarreal (İspaniya), Marsel (Fransa), Sent-Etyenn (Fransa), Sportinq (Portuqaliya), Fiorentina (İtaliya), Anderlext (Belçika), Sparta (Çexiya), Auqsburq (Almaniya), Şaxtyor (Ukrayna), Qalatasaray (Türkiyə), Sevilya (İspaniya), Valensiya (İspaniya).

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqalatasarayquotla-quotfnrbaxcaquotnn-bxtin-kim-duck-t46125.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR