Şirvanda müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatıb

Şirvanda müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatıb
14:33 14 Dekabr 2015
286 Digər
Ölkə mətbuatı
A- A+


Şirvan, 14 dekabr, Mahir Babayev, AZƏRTAC
Şirvan şəhəri, Hacıqabul, Sabirabad, İmişli və Saatlı rayonlarının ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, Şirvan şəhərində təşkil olunan qiymətləndirmədə iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı verilib. Hər düzgün cavab 1 bal qiymətləndirilib.
Dörd gün davam edən imtahanlar gün ərzində 4 dəfə keçirilib. Ümumilikdə imtahanlarda 6 min 500-dən çox müəllim iştirak edib. Müəllimlər imtahanlar başa çatdıqdan sonra diaqnostik qiymətləndirmənin nəticələri ilə tanış olublar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sirvanda_muellimlerin_diaqnostik_qiymetlendirilmesi_basa_chatib-911055

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR