İnformasiya texnologiyaları şirkətləri süni intellektin inkişafına 1 milyard dollar ayırıblar

İnformasiya texnologiyaları şirkətləri süni intellektin inkişafına 1 milyard dollar ayırıblar
16:28 14 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
Bəşəriyyətin rifahı naminə süni intellektin inkişafı ilə məşğul olan “OpenAI” qeyri-kommersiya təşkilatının işinə 1 milyard dollar məbləğində vəsait ayrılıb.
AZƏRTAC BBS agentliyinə istinadən xəbər verir ki, “Tesla Motors” və “SpaceX” şirkətlərinin baş direktoru İlon Mask, “Paypal”ın həmtəsisçisi Piter Til, həmçinin “Amazon Web Services” və Hindistanın “Infosys Tech” telekommunikasiya şirkətlərinin rəhbərliyi donorlar sırasında yer alıblar.
“OpenAI” təşkilatının rəhbərliyi bildirib ki, yaxın illərdə keçiriləcək tədqiqatlara bu məbləğin az bir hissəsi sərf olunacaq. İnsan ağlı səviyyəsində olacaq süni intellektin cəmiyyətə xeyrini, eyni zamanda ziyanını qiymətləndirmək çətindir. Süni intellekt insan iradəsinin təbii inkişafı olmalıdır və mümkün olacaq dərəcədə geniş, azad və təhlükəsiz yayılmalıdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Informasiya_texnologiyalari_sirketleri_suni_intellektin_inkisafina_1_milyard_dollar_ayiriblar-911120

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR