Binəqədi gənclər şəhərciyində əməliyyat keçirilib

17:57 14 Dekabr 2015
19 Sosial
Ölkə mətbuatı
A- A+

Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Belə ki, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində əmliyyat keçirilib. Qəsəbənin “Binəqədi Gənclər Şəhərciyi” adlanan yaşayış massivində Azərbaycan Respublikasının vətəndaşı Şükürov Adil Famil oğluna məxsus “FORD TRANSİT” markalı, 50-DA-058 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi saxlanılıb. Həmin nəqliyyat vasitəsinə baxış zamanı avtomobilin yük yerindən Rusiya Federasiyasının aksiz markası ilə markalanmış külli miqdarda “Stolichnaya vodka”, “Stolichnaya sever” , “Beluga transatlantic” araqları aşkar edilərək götürülüb.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bineqedi-gencler-seherciyinde-emeliyyat-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR