“Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı rəsm sərgisi olacaq

“Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı rəsm sərgisi olacaq
20:56 14 Dekabr 2015
37 Şou
Ölkə mətbuatı
A- A+

Dekabrın 22-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Əməkdar İncəsənət Xadimi, tanınmış heykəltəraş rəssam Vaqif Nəzirovun “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı rəsm sərgisi açılacaq.
 
Axşam.az-ın məlumatına görə, bu barədə Azərtac-a məlumat verən V.Nəzirov bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının təşkilatçılığı ilə keçiriləcək sərgidə 20-dək sənət əsəri nümayiş olunacaq.

O deyib ki, sərgiyə təqdim olunan əsərlərə Azərbaycanın dahi şəxsiyyətlərinin portretləri və büstləri daxildir. Həmçinin nümayiş olunacaq sənət əsərlərində müxtəlif fəlsəfi yanaşma və emosional hisslərin rənglərlə ifadəsi öz əksini tapıb.

Bundan əlavə, sərgidə rəssamın ümummilli lider Heydər Əliyevə həsr etdiyi “Ey vətən” adlı əsəri də nümayiş olunacaq. Sərgi beş gün davam edəcək.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42483

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR