Türkiyə mətbuatı: Ən azı 3 erməni əsgəri öldürüldü - FOTO

Türkiyə mətbuatı: Ən azı 3 erməni əsgəri öldürüldü - FOTO
08:05 15 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

Xəbər verildiyi kimi dünən Azərbaycan Sİlahlı Qüvvələri tərəfindən endirilən zərbə nəticəsində Ermənistan ordusunun daha bir uzun müddətli atəş nöqtəsi məhv edilib.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, ən azı 3 erməni əsgərin ölümü ilə nəticələnən hadisə Türkiyə mətbuatında geniş şəkildə işıqlanıdırılıb.

Türkiyənin istər dövlət, istərsə də müstəqil informasiya agentlikləri Ermənistan ordusuna vurulan zərbəni müxtəlif başlıqlar altında dərc ediblər.

Onlardan bir neçəsini təqdim edirik.

Anadolu Agnetliyi

"Haber7" agentliyi

Ermənistan Silahlı Qüvvələrinə məxsus daha bir uzun müddətli atəş nöqtəsi endirilən zərbə nəticəsində məhv edilib.

Silahlı Qüvvələrimizin bölmələrinin fəaliyyəti nəticəsində qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı daha qətiyyətlə alınır. 

Müxtəlif istiqamətlərdə əvvəlcədən müəyyən edilmiş koordinatlar üzrə düşmənin cəmləşdiyi nöqtələrə vurulan zərbələr nəticəsində erməni tərəfinin uzun müddətli atəş nöqtəsi sıradan çıxarılıb və məlumata görə, o, canlı qüvvə sarıdan ən azı 3 (üç) nəfər itki verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/390285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR