Qeyd edək ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı” üzrə cari ildə 373 nəfər, ümumilikdə isə proqramın qüvvədə olduğu 8 il ərzində 3558 nəfər Azərbaycan vətəndaşı dünyanın aparıcı təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Sonuncu Dövlət Proqramı təqaüdçülərinin 2021-ci ildə məzun olması gözlənilir.
2015-2016-cı tədris ili üçün gənclər Dövlət Proqramına yalnız müəyyən olunmuş prioritet ixtisas istiqamətləri üzrə müraciət ediblər. Prioritet ixtisas istiqamətlərinin əhatəliliyi genişləndirilib və yüksək texnologiyalar, sənaye, ekologiya kimi yeni ixtisas istiqamətləri əlavə olunub.
Prioritet ixtisas istiqamətləri I və II dərəcəli olmaqla müəyyən edilib. Yüksək texnologiyalar sahəsi xaricdə təhsillə bağlı birinci dərəcəli prioritet ixtisas istiqamətləri sırasına daxil edilib.
Həqiqət İSABALAYEVA