Nəqliyyat naziri Abşeron, Siyəzən, Xızı rayonlarının sakinlərini qəbul edəcək

Nəqliyyat naziri Abşeron, Siyəzən, Xızı rayonlarının sakinlərini qəbul edəcək
16:58 15 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, nəqliyyat naziri Ziya Məmmədov dekabrın 18-də Xızı şəhərində bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı bölgədə yerləşən rayonların – Abşeron, Siyəzən, Xızı rayon sakinlərinin mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar dekabrın 17-si saat 09:00-dan 18:00-dək Xızı “3 saylı Yol İstismar İdarəsi” (Xızı rayonu, Yeni Yaşma stansiyası), Siyəzən “4 saylı Yol İstismar İdarəsi” (Siyəzən şəhəri, H.Əliyev küçəsi, 153), Abşeron “4 saylı İxtisaslaşdırılmış Müəssisə” MMC (Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 25) ünvanlarında qəbula yazıla bilərlər.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Neqliyyat_naziri_Abseron_Siyezen_Xizi_rayonlarinin_sakinlerini_qebul_edecek-911428

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR