Rafet həyat yoldaşını da Bakıya gətirəcək

Rafet həyat yoldaşını da Bakıya gətirəcək
17:16 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Türkiyəli müğənni Rafet El Roman dekabrın 27-də Bakıya gələcək.

Axşam.az-ın məlumatına görə, sənətçi həyat yoldaşı Ceren Kaplakarslanı da özü ilə birlikdə paytaxtımıza gətirəcək.

Bu haqda təşkilatçı Nahid Emiloğlu xəbər verib. O, türkiyəli ifaçının dekabrın 29-da Bakı Əyləncə Mərkəzində konset verəcəyini bildirib.

Rafet isə sosial şəbəkədə azərbaycanlı pərəstişkarlarına müraciət edərək, hər kəsi konsertə dəvət edib.

Türkiyəli ifaçı Bakıya böyük orkestrı ilə birlikdə gələcək. O, gecədə sevilən mahnıları ilə yanaşı yeni bəstələr də səsləndirəcək.

Konsertə biletlərin qiyməti 40 manatadır. VİP yerlər üçün isə biletlərin qiyməti 200 manata nəzərdə tutulub. Tədbirin aparıcısı Zaur Nəbioğludur.

Gecəyə bilet əldə etmək istəyənlər (051) 845 00 00 nömrəsi ilə əlaqə saxlaya bilərlər.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR