Hotellər və Restoranlar Assosiasiyası Orta Şərq ölkələri, Rusiya və MDB üzrə nümayəndələr təyin edib

Hotellər və Restoranlar Assosiasiyası Orta Şərq ölkələri, Rusiya və MDB üzrə nümayəndələr təyin edib
17:27 15 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Hotellər və Restoranlar Assosiasiyasının yaydığı məlumata istinadən təşkilat beynəlxalq əlaqələrini genişləndirmək məqsədilə Orta Şərq ölkələri, Rusiya və MDB üzrə nümayəndələr təyin etmişdir.
Təşkilatdan bildiriblər ki, bu qərar bir sıra layihələrin realizə edilməsi məqsədilə görülüb.
Assosiasiyanın peşə təhsili sahəsində apardığı işlərlə bağlı danışıqları bir neçə beynəlxalq qurumlarla əlaqəlidir və onların regional ofisləri Birləşmiş Ərəb Əmirliyində fəaliyyətdədirlər. Azərbaycan, Qazaxstan, Rusiya və digər bölgə ölkələri ilə əlaqələr məhz bu ofislərdən həyata keçirilir. Danışıqların daha rahat və səmərəli aparılması məqsədilə Assosiasiya məhz BƏƏ-nin Dubai şəhərində Orta Şərq bölgəsi üzrə nümayəndə təyin etmişdir. Hotellər və Restoranlar Assosiasiyasının maraqlarını təmsil edən şəxs isə Məmmədova Təravət təyin edilmişdir.

Assosiasiya 2011-ci ildən etibarən qonaqpərvərlik və turizm sahələrində peşə təhsili təklif edən AHEC Azərbaycan Qonaqpərvərlik Tədris Mərkəzi vasitəsilə ölkədə peşə standartları, peşə sahəsində sertifikatlaşma, peşə ixtisasının verilməsi və ixtisas artırma istiqamətlərində fəaliyyət göstərir. Tədris Mərkəzi qonaqpərvərlik və turizm sənayesi üçün peşəkarların hazırlanması ilə yanaşı sənayedə fəaliyyət göstərən müəsissələrin işçi heyətinin bilik səviyyəsinin qiymətləndirilməsi ilə də məşquldur.

Tədris Mərkəzinin fəaliyyətini təkmilləşdirmək və beynəlxalq tərəfdaşlarla əlaqələr BƏƏ nümayəndəsi vasitəsilə həyata keçiriləcək.
Eyni zamanda Rusiya və MDB ölkələri üzrə əlaqələrin genişlənməsini nəzərə alaraq Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində də nümayəndə təyin edilmiş və onun vasitəsilə həm Rusiya, həm də digər MDB ölkələri ilə, xüsusən bu ölkələrin turizm və qonaqpərvərlik sahələrində çalışan biznes qurumları və ictimai təşkilatları ilə əlaqələr koordinasiya ediləcəklər. Qeyd edilib ki, Rusiya, Ukrayna, Qazaxıstan, Moldova, Özbəkistan, Belarus kimi dövlətlərdən Azərbaycana turistlərin cəlb edilməsi istiqamətində bir sıra layihələr realizə edilirlər. Bölgə nümayəndəsi Assosiasiyanın İdarə Heyətinin Sədr müavini Ağayev Fuad təyin edilmişdir.
Hotellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi təyin edilmiş həmkarlarını təşkilatın bütün üzvləri adından təbrik etmiş, fəaliyyətlərində uğurlar arzulamışdır. O qeyd etmişdir ki, xaricdəki nümayəndələrin fəaliyyəti Assosiasiyanın realizə etdiyi beynəlxalq layihələrin daha da sürətlə inkişafına xidmət göstərəcəkdir.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/390493.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR