Azərbaycanda 10 ay ərzində 10 mindən çox boşanma olub

Azərbaycanda 10 ay ərzində 10 mindən çox boşanma olub
18:16 15 Dekabr 2015
23 Şou
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-oktyabr ayları ərzində ölkədə 138,4 min körpə doğulub və əhalinin hər 1 000 nəfərinə hesabı ilə bu göstərici 17,4 təşkil edib.

Axşam.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda bildirilir. Doğulan körpələrin 53,3 faizini oğlan, 46,7 faizini qız uşaqları təşkil edir. Doğulan körpələrdən 2516-sı əkiz, 72-si isə üçəmdir.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ilin 10 ayı ərzində 45,5 min ölüm halı qeydə alınıb və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,7-yə qədər azalıb.

Bundan başqa, qeydiyyat şöbələri tərəfindən ölkədə 58,3 min nikah və 10,7 min boşanma halları qeydə alınıb, əhalinin hər 1000 nəfərinə nikahların sayı 7,3, boşanmaların sayı isə 1,3 təşkil edib.

Eyni zamanda, bu ilin yanvar-oktyabr ayları ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2 263 nəfər gələn və 950 nəfər ölkədən gedən qeydə alınıb.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42556

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR