Azərbaycan yığması FİFA reytinqində yenə 134-cü pillədədir

Azərbaycan yığması FİFA reytinqində yenə 134-cü pillədədir
19:14 15 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

FİFA dünya yığmalarının dekabr ayı üçün növbəti reytinq cədvəlini açıqlayıb.

Lent.az-ın məlumatına görə, futbol üzrə Azərbaycan milli komandası ötən ayla müqayisə mövqeyini dəyişməyib.


Hazırda 209 xala malik komandamız 34-cü pillədə qərarlaşıb. Yığmamızın 2010-cu il dünya çempionatının 4-cü seçmə qrupundakı rəqiblərindən Almaniya da ikinci pillədəki mövqeyini qoruyub. Rusiya 1 pillə geriləyərək, 9-cu mövqeyə enib.


Finlandiya 535 xalla 55-ci, Uels isə 552 xalla 60-cı mövqedədir. Yalnız Lixtenşteyn millimizdən geridə – 147 xalla 149-cu pillədə yer alıb.


Keçmiş SSRİ respublikaları arasında isə yığmamız yalnız Qazaxıstan, Tacikistan, Türkmənistan və Qırğızıstanı qabaqlayır. Cədvələ yenə Avropa çempionu İspaniya başçılıq edir. İtaliya isə ötən ayla müqayisədə bir pillə geriləyərək, 3-cü mövqedəki yerini Hollandiyaya təslim edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/14072

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR