Gürcüstan parlamenti sədrinin müavini və komitə sədri korrupsiyada şübhəli bilinirlər

19:37 15 Dekabr 2015
15 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Gürcüstanda iki deputat məhbusların əfv prosesinə maddi maraq baxımından təsir etməkdə şübhəli bilinərək dindirilib.
"Report" Gürcüstran KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş prokuroru İrakli Şotadze bildirib.
Məlumata görə, dindirilənlərdən biri Gürcüstan parlamenti sədrinin müavini Manana Kobaxidze, digəri isə parlamentin İnsan hüquqları Komitəsinin sədri Eka Beseliyadır.
Parlament üzvləri bu məsələ ilə bağlı 200 min dollar məbləğində rüşvət almaqda ittiham olunurlar.
Xəbərdə bildirilib ki, deputatlar onlara qarşı irəli sürülən ittihamları rədd ediblər.
Cinayət işi üzrə 20 nəfər şahid qismində dindirilib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR