“Qəbələ”nin daha bir rəqibi bəlli oldu

“Qəbələ”nin daha bir rəqibi bəlli oldu
19:42 15 Dekabr 2015
26 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin gələn ay təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağı daha bir rəqib komandanın adı bəlli olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "qırmızı-qaralar" Türkiyə hazırlığı zamanı "Levski" ilə üz-üzə gələcəklər.

Sofiya klubu yanvarın 20-dən fevralın 11-nə qədər Antalyada toplanış keçirəcək. Məhz bu müddətdə onların "Qəbələ" ilə oyunu baş tutacaq. Qarşılaşmanın hansı tarixdə keçiriləcəyi hələ bəlli deyil.
 
Qeyd edək ki, "Qəbələ" Antayla toplanışı çərçivəsində Polşanın "Poqon" klubu ilə də qarşılaşacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR